Hacıbala Abutalıbov tender elan etdi

10 Oktyabr 2012 14:08 (UTC+04:00)
İcra Hakimiyyətindən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məscid kompleksi tikintisi üçün tender elan edib. "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, keçirilən tenderdə iştirak etmək istəyənlər noyabrın 14-də saat 17:00-dək tələb olunan sənədləri tender komissiyasına verməlidirlər. İddiaçılar tender təkliflərini noyabrın 22-də saat 17:00-dək təqdim etməlidirlər. Tender proseduru noyabrın 23-də saat 16:00-da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin binasında keçiriləcək.