Bakının yeni xarici qonaqları - fotolar

21 Sentyabr 2015 13:50 (UTC+04:00)

Tədbir Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə Bakıda keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq.Konsertdə Prezident mükafatçısı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə simfonik nümunələr ifa olunacaq. Proqrama Bethoven, Qara Qarayev, Fikrət Əmirov, Pyer Tilua və Kinan Azmeh kimi görkəmli bəstəkarların əsərləri daxildir. Əyyub Quliyev Azərtac-a bildirib ki, konsertdə İtaliyadan tanınmış fortepiano ifaçısı, professor Mikele Kampanella, Suriyadan məşhur klarnet ifaçısı Kinan Azmeh və Estoniyadan skripkaçı Miina Yarvi iştirak edəcəklər.

Qeyd edək ki, EMMA münaqişə zonalarında, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir. Akademiyanın fəxri prezidenti dünya şöhrətli dirijor Rikkardo Mutidir.