Marsda parlaq obyekt tapılıb

10 Oktyabr 2012 15:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmik Dairəsinin (NASA) fəza maşını "Curiosity" Marsın səthində apardığı tədqiqatda parlaq bir obyekt tapıb. Səlahiyyətlilər mətbuata verdikləri şərhdə obyektin 6 təkərli kosmos vasitəsinin özünə aid ola biləcəyini, obyektin nə olduğu təyin etmək üçün tədqiqatları davam etdirəcəklərini bildirib.

Xatırladaq ki, "Curiosity" Marsda bir vaxtlar səth boyunca axan çayın izlərini taparaq fotoşəkilini çəkmişdi. Marsda keçmişdə mikrobiial canlıların yaşayıb yaşamadığını araşdırmaq üçün 5 avqustda Marsa göndərilən kosmos vasitəsi "Curiosity" 2 il ərzində planetdə araşdırma edəcək və bu layihə üçün 2,5 milyard dollar vəsait ayrılıb.Bu gün donmuş bir səhra olan Marsla əlaqədar daha əvvəl edilən geoloji araşdırmalar planetin keçmişdə daha mülayim və nəmli olduğunu nəzərdə tutur.