"Skype"ın işində problem yaranıb

21 Sentyabr 2015 15:40 (UTC+04:00)

"Skype" servisində problem yaranıb və o, fasilələrlə işləyir. Movqe.az servisin rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilər "Skype"a girişdə və ya onların "onlayn görünmələrində" problem yaşayırlar.Servis yaranmış problemlə bağlı istifadəçilərdən üzr istəyir və problemin yaxın zamanda aradan qaldıracağını bildirir. İstifadəçilərə servisin normal işi bərpa olunana qədər, veb-versiyadan istifadə etmək təklif olunur.

Qeyd edək ki, əvvəlcə servisin işləməsi haqda sosial şəbəkə istifadəçilər məlumat yayıblar. İlkin olaraq bildirilirdi ki, nasazlıq ancaq statusun dəyişdirilməsilə bağlıdır. Həmçinin, servisdə olan istifadəçilər "oflayn" kimi göstərilir və servis vasitəsilə zəng etmək mümkün olmur.