Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

21 Sentyabr 2015 17:39 (UTC+04:00)

"Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü dəstəkləyir və 2015-ci ilin 13 sentyabr tarixində Dağlıq Qarabağda keçirilən qondarma "yerli özünüidarə orqanlarına seçkiləri" tanımır".


Movqe.az-ın məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Bəyanatda qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüququn prinsip və normaları çərçivəsində dialoqun davam etdirilməsini vacib hesab edir.