Papanı öldürmək istədi

10 Oktyabr 2012 16:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa 16-cı Benedikdin Livan ziyarətində Beyrutda Hizbullah qrupları tərəfindən sui-qəsd cəhdi planlaşdırılıb, lakin terrorist tutulduğu üçün onun bu cəhdi müvəffəqiyyətsiz olub.

"Əl Naşra"nın xəbərinə görə, iki nəfər tərəfindən ortaq şəkildə çox əvvəldən planlanan və Papa 16-cı Benediktin ziyarət müddətində onu qoruyacaq təhlükəsizlik qüvvələrinin içinə sızan terroristlər planlarını reallaşdıra bilməyib.