Azercell-in Gənc OL tarifi yeniləndi!

22 Sentyabr 2015 12:00 (UTC+04:00)

Şirkət abunəçilərinə Gənc OL tarifi daxilində yeni sərfəli danışıq paketləri və endirimlərdən yararlanmaq imkanı verir.


Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom payızda da abunəçilərinə maraqlı sürpriz hazırlayıb. Belə ki, Yenilənmiş Gənc OL tarifini abunəçilərinə təqdim edən Azercell inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir.


İndi hər kəs Gənc OL tarifinə qoşula bilər, özü də çox asan. Azercell-in yeni tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq., 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.


Aylıq Paketlər G5 G8


Paketin qiyməti 5 AZN 8 AZN


İnternet 2GB 4GB


Tarifdaxili zənglər (dəq) 200 400


SMS (şəbəkəici) 200 400


Ölkədaxili zənglər (dəq) 0.05 AZN


Bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla hər kəs, eyni zamanda Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilər. Portala daxil olmaqla abunəçilər eyni zamanda Genc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan faydalana


bilər. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. Gənc OL paketinin təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulan abunəçilər ParkCinema və 28 Cinema kinoteatrlarında həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla ikincini pulsuz əldə edəcək. Bundan əlavə, Sabina mağazalar şəbəkəsi, Papa John’s, Sultan Ahmet restoranları, Baku Carting, Astral Labirint əyləncə mərkəzləri, Kaspi Təhsil Mərkəzi və Uber Taxi xidmətlərinə sərfəli endirim əldə edə biləcəklər. Qeyd edək ki, tarif paketlərinin istifadə müddəti 3 ay təşkil edir və 17.12.15 tarixinə qədər davam edəcək.


Bütün Gənc OL abunəçiləri daha ətraflı məlumat üçün www.gencol.az saytından faydalana bilər.


Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz