"Şahdəniz-2" layihəsi üçün unikal gəminin hissələri Bakıya çatdırılacaq

22 Sentyabr 2015 13:46 (UTC+04:00)

Danimarkanın "Blue Water Shipping" şirkəti Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində istismar ediləcək tikilməkdə olan çoxfunksiyalı gəmi üçün korpusun iki seksiyasını göndərməyə başlayıb. Movqe.az-ın məlumatına görə görə, bu barədə "Blue Water Shipping"in xəbərində deyilir.


Daha əvvəl SOCAR-ın "Baku Shipyard" gəmiqayırma zavodu və "Blue Water Shipping" arasında imzalanmış müqaviləyə əsasən, tikilməkdə olan "Xankəndi" gəmisi üçün Sinqapurdan Bakıya iki korpus seksiyası gətiriləcək.


Korpus seksiyalarının uzunluğu 140, eni 16, hündürlüyü 17 metrdir, çəkisi isə 5400 tondur.