Azərbaycan vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib

22 Sentyabr 2015 15:40 (UTC+04:00)

Azərbaycanın hüquq-mühafizə orqanları vergi ödəməkdən yayınan iş adamını beynəlxalq axtarışa verib.


Movqe.az-ın İnterpol-a istinadən məlumatına görə, vergidən yayınma və qanunsuz sahibkarlıq cinayətlərini törətməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu beynəlxalq axtarışa verilib.


(http://www.interpol.int/notice/search/wanted/2015-63663)


Qeyd edək ki, "MST Tikinti-Quraşdırma" MMC-nin rəhbəri olan 47 yaşlı A.Kazımovun 500 min manata yaxın vergi borcu olduğu bildirilir.