Novruz Məmmədov: Avropa öz Renessansı üçün İslam dininə və onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur

22 Sentyabr 2015 15:45 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.


N.Məmmədov qeyd edib ki, mən yaxşı bilirəm, məni izləyənlərin əksəriyyəti yüksək intellektli, hazırlıqlı və ciddi insanlardır: "Yaşından asılı olmayaraq, bu insanları dünyada gedən proseslər, proseslərin tarixi və onlara münasibət maraqlandırır. Buna görə də bəzi çox mühüm hesab etdiyim məqamlarla bağlı fikirlərimi bölüşürəm. İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur. Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər".