Fransa səfiri: Aİ və Azərbaycan arasında əməkdaşlıq davam etməlidir

22 Sentyabr 2015 16:07 (UTC+04:00)

Aİ və Azərbaycan arasında əməkdaşlıq davam etməlidir. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Avropa Parlamentinin bu yaxınlarda ölkəmizə qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.


Diplomatın sözlərinə görə, Aİ-Azərbaycan münasibətlərində ən vacib element strateji əməkdaşlıq və tərəfdaşlıqdır: "Fikrimcə, bunu hər iki tərəf başa düşür".


Səfiq vurğulayıb ki, Azərbaycan və Aİ-ni birləşdirən çox şey var: "Məsələn, enerji təhlükəsizliyi məsələsi, iqtisadi layihələr, sosial sahədə inkişaf, kiçik və orta sahibkarlığın inkişafı. Həmin qətnamə bir çox emosiyalara səbəb olsa da, tərəflər arasında əməkdaşlıq davam etməlidir".