Madonnanın qızı həm işləyib, həm oxuyacaq

10 Oktyabr 2012 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikalı müğənni Madonnanın 16 yaşlı qızı Lourdes sənət təhsili almaq məqsədi ilə ABŞ-ın Nyu York şəhərindəki xüsusi bir universitet olan Bard Kollecdə qeydiyyatdan keçib. Universitetin şəhərciyində qalan Lourdes, xərcini öz hazırladığı paltarlardan əldə etdiyi gəlirlə qarşılayacaq. Lourdesin rəfiqəsi, "Anasının həyat tərzindən bezdi. Ondan asılı olmamaq üçün xərclərini özü qarşılayacaq." sözlərini bildirib.