Qazsız kənd qalmayacaq

22 Sentyabr 2015 17:39 (UTC+04:00)

Movqe.az-ın  SOCAR-a istinadən məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Bildirilib ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 6133 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Tədbirdə çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.