Dünyanın 100 şəhərində avtomobilsiz gün

22 Sentyabr 2015 19:00 (UTC+04:00)

Sentyabrın 22-də 100-ə yaxın şəhərdə "Avtomobilsiz bir gün" aksiyası keçirilir. Aksiya iri şəhərlərdə diqqəti atmosferin zərərli maddələrlə çirklənməsinə yönəltmək məqsədi daşıyır.


Movqe.az-ın Rusiyanın NTV telekanalına istinadən məlumatına görə, aksiya zamanı sürücülərə şəxsi avtomobildən bir günlüyə imtina edərək, əvəzində ictimai nəqliyyatdan və velosipeddən istifadə etmək, yaxud piyada gəzmək tövsiyə olunur.


"Avtomobildən imtina günü" ilk dəfə 1998-ci ildə Fransada keçirilib. Hazırda bu təşəbbüsü dünyanın təxminən 100 şəhəri dəstəkləyir.