Azərbaycan Prezidenti Yunanıstanın yeni seçilən baş nazirini təbrik edib

22 Sentyabr 2015 19:15 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın baş naziri Aleksis Tsiprası təbrik edib. 

Təbrikdə deyilir:  "Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".