Azərbaycana qarşı media təxribatı

23 Sentyabr 2015 08:00 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən bəzi xarici KİV nümayəndələri məqsədli şəkildə akkreditasiyadan keçmirlər. Habuki, xarici KİV nümayəndələri mütləq şəildə qanunla müəyyən edilmiş akkreditasiya qaydalarından keçməlidir. Amma bu günə kimi bu istiqamətdə addım atılmayıb. Bunu isə bilərəkdən edirlər. Görünür, onların arxalarında duranlar mövcud vəziyyətin belə alınmasında maraqlıdırlar ki, sonra bundan da ölkəmizə qarşı isifadə etməyə çalışsınlar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, mövcud qanunvericilik qaydalarına əməl etməməklə xarici KİV-lər bununla yaranmış vəziyyətdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyi düşünürlər: "Məsələni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılmasına gətirmək doğru deyil. Azərbaycan vətəndaşının hüquqları ilə bağlı müxtəlif qanunlardan söz açmaqla manipulyasiya da yolverilməzdir. Qanunlar və qaydalar var ki, onlara riayət edilməlidir. Burada konkret yanaşma olmalıdır və bu yanaşma xarici kütləvi informasiya vasitəsinin və onun əməkdaşının ölkəmizdə səmərəli fəaliyyətini təmin etməyə yönəlməlidir. Belə təminat isə "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də ifadəsini tapıb. Sənəd Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" xarici KİV-lərin müxbirlərinin fəaliyyət göstərməsinə imkan verən elektron xidmətin göstərilməsini nəzərdə tutur. Bu qaydalar Azərbaycan vətəndaşlarına da şamil olunur. Orada KİV-i təmsil edən müxbirin Azərbaycan vətəndaşı olmasına dair müddəa da əksini tapıb. Reqlamentin 2.6-cı bəndində elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər sadalanır. Öncə xarici müxbirin təmsil etdiyi KİV-in rəhbəri və ya onu əvəz edən şəxs Xarici İşlər Nazirliyinə müraciət ünvanlamalıdır. Müraciətə müxbirin ərizə-anketi, 2 ədəd rəngli fotoşəkli, pasportu və ya digər sərhədkeçmə sənədinin, xidməti vəsiqəsinin surəti, tərcümeyi-halı əlavə olunmalıdır.

Əgər xarici KİV-in müxbiri Azərbaycan vətəndaşıdırsa, bunu təsdiqləyən şəxsiyyət vəsiqəsinin surəti də tələb olunur. Göründüyü kimi, prosedur sadə və aydın şəkildə əksini tapıb. Ona görə də nəyisə şişirdərək fərqli ab-hava yaratmağa ehtiyac yoxdur. Azərbaycanda bir sıra xarici KİV-in nümayəndələri fəaliyyət göstərir. Onlardan biri də Türkiyənin TRT kanalıdır. Burada həm Türkiyə, eyni zamanda Azərbaycan vətəndaşları da çalışır. Burada çalışan Azərbaycan vətəndaşları da XİN-də akkreditasiya olunublar. O ki qaldı, buna əməl etməyən insanlara, hüququ dövlətdən danışırıqsa, həmin ölkədə fəaliyyət göstərən qanunlara əməl etmək lazımdır. Qanuna əməl olunmursa, deməl,i burada ancaq bir maraq ola bilər. Həmin maraq da ondan ibarətdir ki, baş verən bütün bu addımlardan Azərbaycana qarşı istifadə olunsun, məsələ ölkəmizdə söz və mətbuat azadlığı müstəvisində problemlərin olması fonunda göstərilsin. Hadisələrdən göründüyü kimi, məqsəd bundan ibarətdir. Onlar akkreditasiya üçün müraciət etsə və buna etiraz alınsa, onda müəyyən mənada nəyisə müzakirə etmək olar. Ancaq ölkə qanunvericiliyinin mövcud olduğu bir məqamda və xarici KİV-lər öz ölkəsinin və Azərbaycan vətəndaşlarını işə götürürsə, həmin əməkdaşlar mütləq qaydada Xarici İşlər Nazirliyində qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Amma bunu etməyən xarici KİV-lər açıq-aydın görünür ki, bununla birmənalı qaydada vəziyyəti gərginləşdirmək, yaranmış həmin vəziyyətdən Azərbaycana qarşı istifadə etməyi düşünürlər. Şərait olduğu halda qanunvericiliyə əməl etmirlərsə, deməli, bilərəkdən qeydiyyatdan keçmirlər, bilirlər ki, buna görə müəyyən problemlər ola bilər. Bilirlər ki, bu məsələni müvafiq qurumlar araşdıracaq. Həmin araşdırmanı isə onlar Azərbaycanda söz və mətbuat azadlığı müstəvisinə çıxarmaqla, özlərinə qarşı təzyiq kimi qələmə vermək görüntüsü yaratmağa çalışırlar. Bu məqamdan ayrı-ayrı qurumlar Azərbaycana qarşı istifadə edirlər".

Millət vəkili Aqil Abbasın bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən bəzi xarici KİV-lər burada pozuculuq fəaliyyətilə məşğuldur. Bu zaman yaydıqları saxta, qərəzli informasiyaya görə məsuliyyətdən yaxa qurtarmaq üçün də akkreditasiyadan keçmirlər: "Xarici KİV-lərin ölkəmizdə fəaliyyət göstərən əməkdaşları hökmən akkreditasiyadan keçməlidir. Keçmədikdə onların buradakı fəaliyyəti qanunsuz sayılır. Lakin görürük ki, ölkəmizdə fəaliyyət göstərən bəzi xarici KİV nümayəndələri akkreditasiyadan keçmir. Bununla onlar baş verəcək bu və yaxud digər prosesə görə məsuliyyət daşımaqdan yaxa qurtarmağı düşünürlər. Yəni, ölkəmizdə istədiklərini etmək, lakin bu zaman məsuliyyətdən qaçmaq üçün akkreditasiyadan keçməkdən yayınıblar. Ölkəmizdə fəaliyyət göstərən bəzi xarici KİV-lər burada pozuculuq işləri görür, müəyyən həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları yayırlar. Burada da onlar Leyla Yunus kimilərilə əlaqəli işləyirlər. Bu zaman məsuliyyətdən qaçmaq üçün də onların nümayəndələri akkreditasiyadan keçməkdən yayınırlar".