Filippində üç xarici vətəndaş silahlı şəxslər tərəfindən qaçırılıb

22 Sentyabr 2015 20:00 (UTC+04:00)

Filippinin cənubundakı Samal adasında yerləşən kurortda aralarında üç xarici vətəndaşın da olduğu dörd nəfər silahlı şəxslər tərəfindən qaçırılıb. Bu barədə silahlı qüvvələrin yaydığı məlumatda bildirilir.


Movqe.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, qaçırılanlar iki kanadalı turist, Norveç və Filippin vətəndaşlarıdır. Onların axtarışına üç hərbi gəmi cəlb olunub.


Hadisənin məsuliyyətini heç bir terrorçu təşkilat üzərinə götürməsə də, yerli hökumət "Əbu Səyyaf" qruplaşmasından şübhələnir. "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması Filippinin cənubunda fəaliyyət göstərir. Tərəfdarlarının az olmasına baxmayaraq, o, arxipelaqda ən radikal üsyançı qruplaşma hesab olunur.