Xabi Alonso ittihamlara cavab verib

22 Sentyabr 2015 23:00 (UTC+04:00)

İspaniya mətbuatının yaydığı informasiyaya görə Madeyra (Portuqaliya) və Mayamidəki şirkətlərin vasitəsilə Xabi Alonsonun vergidən yayınma ehtimalını araşdırır. Alonsonun "Real"da çıxış etdiyi vaxtda imic hüquqlarından toplanan gəlirin bir hissəsini vergidən gizlətməsi güman edilir. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, "Bavariya"nın yarımmüdafiəçisinin tvitter səhifəsindəki mikrobloqunda bu şübhələr təkzib edilib.

"El Mundo" qəzetində yayılan məlumatdan sonra Alonso aşağıdakıları bildirir: 1) Mən bütün vergi öhdəliklərini dəqiq yerinə yetirmişəm 2) Qanun çərçivəsində maraqlarımı hər zaman müdafiə edəcəm 3) Bütün vergi öhdəliklərini yerinə yetirdiyimi sübut etmək üçün mümkün vasitələrdən istifadə edəcəm".