Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

23 Sentyabr 2015 10:15 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.