Millimiz Avropa çempionatına vəsiqə qazanıb

23 Sentyabr 2015 11:15 (UTC+04:00)

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.Movqe.az Goal.az-a  isitnadən məlumat verir ki, turnirin play-off mərhələsinin cavab oyunları çərçivəsində futzalçılarımız Trnava şəhərində Slovakiya millisi ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabıl ilə başa çatıb. Sentyabrın 15-də bu komandalar arasında Bakıda keçirilmiş oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatdığı üçün cavab görüşündəki heç-heçə komandamızın növbəti mərhələyə vəsiqə qazanmasını rəsmiləşdirib.

Avropa çempionatı 2016-cı ilin fevral ayında Serbiyanın Belqrad şəhərində keçiriləcək.