Azərbaycanda payızda "yay havası" davam edəcək

23 Sentyabr 2015 13:44 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 22-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.