Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən gücləndirilmiş iş rejiminə keçib

23 Sentyabr 2015 17:13 (UTC+04:00)

Qurban bayramı ilə əlaqədar sərnişin sıxlığının artması ehtimalı nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu gündən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Movqe.az-ın məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev AZƏRTAC-a bildirib ki, sərnişin sıxlığı müşahidə olunacağı vaxtlarda gün ərzində ehtiyac olarsa, xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq.


M.Abdullayevin sözlərinə görə, sıxlıq o qədər gözlənilmir. Səbəb isə yeni tədris ilinin başlanması ilə bağlı əhalinin Bakıya yeni gəlməsidir.