Netanyahu planını açıqladı

10 Oktyabr 2012 21:00 (UTC+04:00)

Movqe.az bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı ölkədə erkən parlament seçkiləri qərarı alındığını açıqlayıb. "Reuters" agentliyinin bildirdiyinə görə; Netanyahu, "Baş nazir olaraq milli maraqları hər şeydən üstün tutmaq məcburiyyətindəyəm. İsrail dövlətinin yaxşılığı üçün ən qısa zamanda seçkilərin keçirilməsi qərarını aldım "deyib.Netanyahu həmçinin hökumətin gələcək ilin büdcəsi mövzusunda razılığa gəlmədiyini ifadə edib. Seçkilərin 2013-ci ilin yanvar ayının sonu və ya fevralın əvvəlində reallaşdırılması gözlənilir. Müşahidəçilərin fikirlərinə görə, Netanyahu ehtimalla müxaliflərinə mövqeyini gücləndirmək və seçicilərin etibarını qazanmağa zaman verməmək məqsədilə erkən seçkilərə getmək qərarı alıb.