Anti-Azərbaycan dairələr yenə radikal müxalifətlə işbirliyindədir

24 Sentyabr 2015 11:15 (UTC+04:00)

Məlumdur ki, radikal müxalifətin bir qanadı parlament seçkilərinə qatılmaqdan imtina edir. Bəzi anti-Azərbayan dairələr isə seçkilərə kölgə salmaq üçün bura müşahidə missiyası göndərməkdən imtina edib. Bu şəraitdə anti-Azərbaycan dairələrlə radikal müxaifətin hər ikisinin məqsədi seçkilərə kölgə salmaq olduğu açıqca sezilir. Yəni, haqqında danışılan tərəflər koordinasiyalı şəkildə hərəkət edir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli həmin xarici dairələrlə daxildəki radikal müxalifətin koordinasiya olunmuş şəkildə hərəkət etmələrinə şübhə olmadığıın bildirir: "Radikal müxalifət anti-Azərbaycan dairələrinə özlərinə sərgf edən informasiyalar ötürür, qərəzli məlumatlar verir. Xarici anti-Azərbaycan dairələr müxtəlif QHT və ya özlərinin səfirləri vasitəsi ilə daima buradakı radika müxalifətlə təmasda olurlar. Təmasda olduqda isə müxalifəti təlimatlandırır, müxtəlif məlumat alır və verirlər. Amma insan gərək ən çətin vaxtı belə öz ölkəsini ayaq altına atmaya. Azərbaycan radikal müxalifətdə isə belə deyil. Onlar düşünür ki, təki, Azərbaycan hakimyyəti zərər çəksin. Bunun üçün də hər işə əl atırlar".

"Heç şübhəsiz ki, Azərbycan Prezidentinə qarşı belə qərəzli olan insanlar sonda özlərini daha pis vəziyyətdə qoyacaqlar", deyə Tahir Kərimli əlavə etdi: "Radikal müxalifətin bir hissəsi boykot qərarı verməklə heç bir nəticə əldə edə bilməyəcək. Heç müşahidə missiyası gəlməsin. Başqa yerlədən ki, müşahidəçilər gələcək. Bundan başqa, artıq Azərbaycan xalqı həmin dairələrin niyyətini bilir. Azərbycanda Suriya, İraq durumunu yaratmaq istəyirlər. Ona görə də xalq onların dediklərinə qulaq vermir. Əsas da xalqdır. Xalq onlara inanmırsa, niyyətləri həyata keçməyəcək. Parlament seçkiləri normal təşkil olunacaq və nəticələri də tanınacaq. Tanımayanlar da sonda məcburən tanıyacaqlar".

Nərimanov rayon Yeni Azərbaycan Partyiası Gənclər Birliyinin sədri Yusif Babanlı isə bildirdi ki, həmin xarici anti-Azərbaycan mərkəzləri Azərbaycanda görülən işləri, keçirilən beynəlxalq tədbirləri, cənab Prezidentin apardığı siyasəti, ölkəmizin inkişafını görəmk istəmirlər: "Ona görə də bura gəlməkdən imtina edirlər. Amma təəssüf ki, radikal müxalifətin bir hissəsi də onlara qoşulub, onlar kimi düşünürlər. Həmin dairələrə sual edirik ki, Azərbaycanı düşünürsünüzsə, işğal olunmuş torpaqlarımız haqqında rəylər bildirin. Azərbaycanın inkişafını, seçkilərin ən yüksək səviyyədə keçiriləcəyini bilən Avropanın həmin dairələri daxidəki müxalifətlə birləşib düşmənçiliklə məşğuldurlar. Bunu da xalq görür. İş burasındadır ki, nə etmək istəsələr də, dövlətin, cənab Prezidentin gördüyü işlərin qarşısını ala bilməyəcəklər".