Azərbaycanda yeni mobil rabitə operatoru

23 Sentyabr 2015 18:12 (UTC+04:00)

Əsas "Backbone" provayderimiz, Milli İnternet operatoru statusuna malik Delta Telecom 4G üzrə mobil operator statusu da almağa hazırlaşır. Güman ki, mobil bazarda situasiya əməlli-başlı dəyişəcək.


Delta Telecom şirkəti mobil rabitə xidmətləri göstərməyə hazırlaşır.


Movqe.az-ın "Xeberler.az"a istinadən verdiyi məlumata görə, Delta Telecom telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi Alcatel-Lucent, Ericson və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHZ tezlik diapozonunda quracaq.


Qeyd edək ki, bütün ölkə ərazisini əhatə edən 4G şəbəkənin yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur.


Bütün ölkə ərazisini əhatə edən fiber optik şəbəkəyə malik olan Delta Telecom şirkəti eyni zamanda Telecom-İnvest şirkəti ilə əməkdaşlıq edəcək.


Delta Telecom şirkəti məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəyini bildirib.


Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında xidmət göstərir. Şirkət regionda birinci WiMAX texnologiyası layinəsini həyata keçirib.


Delta Telecom  Qafqazın ən böyük telekommunikasiya operatorudur. Azərbaycanın Milli İnternet operatoru statusuna malik olan, Backbone provayder olan Delta Telecom ölkənin 90 faiz  internet tarfikinə sahibdir.