Azərbaycan təmsilçisi "Formula 3" testlərində iştirak edəcək

23 Sentyabr 2015 18:55 (UTC+04:00)

Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, testlər sentyabrın 28-29-da İspaniyada keçmiş F1 pilotu Adrian Kamposun rəhbərlik etdiyi "Campos Racing" komandasında olacaq.


G.Abdullayev testdə Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyi və "Baku Grand Prix" şirkətinin dəstəyi ilə iştirak edəcək. O, sentyabrın 28-də Valensiyada simulyatorda məşq edəcək, sentyabrın 29-da isə Albasetе şəhərində F3 testlərindən keçəcək.


Qeyd edək ki, A.Kampos 15 ildən artıqdır ki, F1 pilotları hazirlayır. O, Fernando Alonso, Mark Jene, Antonio Qarsia, Lukas di Qrassi, Vitali Petrov, German Sançez, Nikola Prost, Serxio Peres, Aleks Palou kimi pilotlar yetişdirib. "Campos Racing" Avropa F3 yarışlarında ən çox qələbə əldə edən komandalardan biridir. Onun Valensiya və Barselona şəhərlərində 60-dan çox peşəkarın çalışdığı iki bazası var.