Egemen Bağış: Avropa Parlamenti Azərbaycanla bağlı qətnaməni erməni lobbisinin təzyiqi altında qəbul edib

23 Sentyabr 2015 19:15 (UTC+04:00)

Avropa Parlamenti Azərbaycanla bağlı qətnaməni erməni lobbisinin təzyiqi altında qəbul edib. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Türkiyənin sabiq Avropa İttifaqı işləri naziri Egemen Bağış deyib.


Onun sözlərinə görə, Avropa Parlamentində xəritədə Azərbaycanı göstərə bilməyən deputatlar var: "Hesab edirəm ki, qəbul edilən qətnamə Azərbaycana heç bir təsir göstərməyəcək. Son vaxtlar AŞ PA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin fəallaşmasını müşahidə etmək olar. Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Fikrimcə, biz daha strateji hərəkət etməli və bununla bağlı zəruri addımlar atmalıyıq".


E.Bağış qeyd edib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin maraqları naminə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdırlar.