​Neftin ucuzlaşması davam edir

24 Sentyabr 2015 10:55 (UTC+04:00)

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,06 dollar yaxud 4,4% ucuzlaşaraq 44,48 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatına görə, "Brent" markalı neftin qiyməti isə 1,33 dollar yaxud 2,71% ucuzlaşaraq 47,75 dollar/barelə enib.Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.