Generalın idarəsində daha bir dünya çempionu

24 Sentyabr 2015 11:10 (UTC+04:00)

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev sentyabrın 23-də ciu-citsu əlbəyaxa döyüş növü üzrə Avropa və dünya çempionu, 2015-ci il Dünya Kubokunun və müxtəlif turnirlərin qalibi, ədliyyə mayoru Ceyhun Hüseynovu idman ustası adına layiq görülməsi münasibəti ilə qəbul edib.

Nazir müavini Penitensiar Xidmətin əməkdaşının idman ustası adına layiq görülməsinin və ölkəmizi beynəlxalq idman arenasında layiqincə təmsil etməsinin qürurverici hal olduğunu vurğulayaraq onu təbrik edib və bu şərəflə işdə uğurlar arzulayıb.

Mədət Quliyev "İdman ustası" vəsiqəsini və döş nişanını Ceyhun Hüseynova təqdim edib və onunla xatirə şəkli çəkdirib.