AZAL əl yükünün mümkün çəkisini artırdı

24 Sentyabr 2015 12:00 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.Bu barədə AZAL şirkəti məlumat yayıb.

"Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi" - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.