Ceyms Uorlik: "Danışıqların məhsuldar olacağını gözləyirik"

24 Sentyabr 2015 12:05 (UTC+04:00)

Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.