Binəqədidə yanan binanın sakinlərinin evlərinə köçəcəkləri vaxt məlum olub

24 Sentyabr 2015 13:00 (UTC+04:00)

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən və mayın 19-da yanğın baş verən16 mərtəbəli binanın sakinlərinin evlərinə köçəcəkləri tarixməlum olub.Bina sakinlərindən birinin "Report"a verdiyi məlumata görə, sentyabrın28-də binanın açılışı olacaq. Saat 14:00-da mənzillərinin açarları sakinlərə təhvil veriləcək.Onun sözlərinə görə,həmin gün sakinlər öz evlərinə köçəcəklər.

Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş vermişdi. Nəticədə 4-ü azyaşlı olmaqla, 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisəyə görə 4 nəfər həbs olunub.