Jirinovski: “Azərbaycanın İlham Əliyev kimi çox gözəl prezidenti var”

24 Sentyabr 2015 15:20 (UTC+04:00)

"Azərbaycan Qərb institutlarının təzyiqləri ilə qarşılaşır. Onlar Azərbaycana insan hüquqlarına necə riayət etməyi göstərməyə çalışırlar. Bu, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir". Publika.az xəbər verir ki, bu sözləri "vestikavkaza.ru" saytına açıqlamasında Rusiya Liberal Drmokratik Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski deyib. Partiya sədrinin sözlərinə görə, Azərbaycan parlamentinin deputatları Azərbaycanın daxili işlərinə müdaxiləyə etiraz edərək Avropa Parlamentinin deputatları ilə bütün danışıqlarını kəsməyə qərar veriblər. "Və düzgün də ediblər. Azərbaycan və onun rəhbərliyi Qərbdə səslənən bəyanatların əksinə olaraq demokratik normalara riayət edir. Azərbaycan yaxşı respublikadır, onun İlham Əliyev kimi çox gözəl prezidenti var",- Vladimir Jirinovski vurğulayıb.