Ağakişi Kazımovun 80 illik yubileyi keçiriləcək

24 Sentyabr 2015 19:00 (UTC+04:00)

Azərbaycan Teatr Xadimləri İttifaqı oktyabrda üç teatr xadiminin yubileyini keçirəcək.

Bu barədə Teatr Xadimləri İttifaqından məlumat verilib.

Oktyabrın 5-də əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi, oktyabrın 19-da Kukla Teatrının aktyoru, mərhum Ruslan Həsənovun 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Oktyabrın 26-da isə xalq artisti, rejissor Ağakişi Kazımovun 80 illik yubileyi Teatr Xadimləri İttifaqında qeyd ediləcək.