“Baku Junior Cup” beynəlxalq turniri təşkil olunub

24 Sentyabr 2015 22:30 (UTC+04:00)

Bakı Tennis Akademiyasında tennis üzrə "Baku Junior Cup" beynəlxalq turniri təşkil olunub.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, 18 yaşadək idmançılar arasında keçirilən turnirdə oğlanların mübarizəsində Ukrayna idmançısı Mixail Kvantaliani finalda Gürcüstan təmsilçisi İrakli Metrevelini məğlub edərək fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Qızların yarışında rusiyalı Anna Solovyeva gürcüstanlı Lanı Kençiaşviliyə qalib gələrək qızıl medala sahib çıxıb.