BMT-nin baş katibi Məkkə yaxınlığında həlak olanların qohumlarına başsağlığı verib

25 Sentyabr 2015 10:10 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun adından Məkkədəki izdihamda 700-dən artıq zəvvarın həlak olması ilə əlaqədar başsağlığı yayılıb.

Movqe.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, baş katib faciə nəticəsində həlak olanların yaxınlarına və əlaqəli hökumətlərə başsağlığı verib.

Eyni zamanda Pan Gi Mun, Yəməndə bayram namazı əsnasında baş verən terror hücumunu da pisləyib. İbadət məkanlarına və mülki vətəndaşlara qarşı hücumların heç bir əsasla güzəştə gedilməyəcəyini ifadə edən baş katib, vəzifəlilərin məhkəmə önünə çıxarılmasını istəyib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.