Nyu-Yorkda Rusiya və ABŞ xarici işlər nazirləri arasında iki görüş keçiriləcək

25 Sentyabr 2015 17:20 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında iki görüş keçiriləcək.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbətə görə, görüşlər Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində baş tutacaq.

Rusiya XİN-in məlumatına görə, görüşlər sentyabrın 27 və 29-na nəzərdə tutulub.