Keçmiş həyat yoldaşı Tom Kruzu məhkəməyə verir

25 Sentyabr 2015 23:00 (UTC+04:00)

Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb Holmsun Tomdan 9 yaşlı qızı Suri üçün daha çox aliment almaq istəməsidir.

Aktyor övladı üçün hər ay 400 min dollarverir. Keti isə bu məbləğin onların istədikləri kimi yaşamasına çatmadığını iddia edir.O, məbləğin artırılmasını istəyir.

Şayiələrə görə Tom Kruz artıq iki ildir ki, qızı ilə görüşmür. O, övladı ilə yalnız internet vasitəsilə əlaqə saxlayır.