Yasamalda yanğın nəticəsində 3 nəfər təxliyə edilib

26 Sentyabr 2015 11:00 (UTC+04:00)

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus sahəsi 10 kv.m olan otağın içərisinə yığılmış şirniyyat karopkaları 5 kv.m sahədə və 0.5 p.m elektrik kabeli yanmışdır.


Yanğın zamanı 5-ci mərtəbə mənzildən 3 nəfər sakin təxliyə olunmuşdur. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur.


Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.