5 saat öncə aldığı avtomobili ilə qəzaya düşüb öldü
11 Oktyabr 2012 14:22 (UTC+04:00)
Gecə saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də,
Xaçmazın Yergüc kəndi ərazisində 1 nəfərin ölümü ilə nəticələnən
avtoqəza baş verib. Xaçmaz-Quba
yolunun 7-ci km-liyində, Xaçmazın Yergüc kəndi ərazisində
avtomobilin yoldan çıxaraq ağaca çırpılması 1 nəfərin ölümünə səbəb
olub. 32 yaşlı Quba rayonu, Barlı kənd sakini Saleh Qərib oğlu
Babayevin idarə etdiyi 38 BA 805 qeydiyyat nişanlı "VAZ 21011"
markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən
yolun kənarındakı ağaclara çırpılıb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının
apardıqları əməliyyat nəticəsində Saleh Babayevin idarə etdiyi
avtomobilin kimə məxsus olması müəyyənləşib. O, avtomobili ötən gün
saat 19:00 radələrində Qusar rayonun Kuzun Qışlaq kənd sakini 32
yaşlı Elşən Balayevdən alıb. Bundan sonra yeni maşın almasını
dostları ilə qeyd edən Saleh yeni avtomobil almasından 5 saat sonra
qəzaya düşərək dünyasını dəyişib.