Məmmədyarov Karyakinlə bacara bilmədi

26 Sentyabr 2015 21:00 (UTC+04:00)

Bakıda şahmat üzrə Dünya Kubokunun son iki yarımfinalçısı da müəyyənləşib.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, şahmat üzrə Dünya Kubokunun 1/4 finalının tay-breyk partiyası yekunlaşıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinə məğlub olub. Qarşılaşma 4:2 hesabı ilə rusiyalı şahmatçının xeyrinə başa çatıb. S.Karyakin yarımfinalda ukraynalı qrossmeyster Pavel Elyanovla oynayacaq. Dünya Kubokunun rusiyalı Pyotr Svidler digər yarımfinal görüşündə hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq.