Azərbaycan ABŞ-ın iştirakı ilə Fars körfəzində İrana qarşı hərbi təlimə qatılmaqdan imtina edib
11 Oktyabr 2012 15:09 (UTC+04:00)
Azərbaycan ABŞ da
daxil olmaqla 30 ölkədən olan hərbçilərin iştirakı ilə ötən ayın
sonlarında Fars körfəzində keçirilmiş "International Mine
Countermeasures Exercise 2012" hərbi təlimlərinə qatılmaqdan imtina
edib.
Bu barədə APA-ya hərbi
mənbələrdən məlumat verilib.
Təlimdə iştirakla bağlı Azərbaycana müraciət olunsa da, rəsmi Bakı
bundan imtina edib.
Qeyd edək ki, sentyabrın 23-dən 27-dək davam etmiş təlimdə İranın
körfəzdə ehtimal olunan minalama təhlükəsinin aradan qaldırılması
imkanları imitasiya olunub.
Təlimə 30 ölkədən hərbçilər iştirakçı və müşahidəçi qismində
qatılıb. Təlimə Xəzəryanı ölkələrdən Qazaxıstanın hərbçilərinin
müşahidəçi qismində qatıldığı bildirilir.