Kremlin istəkləri reallaşır: Əsəd hakimiyyətdə qalır

27 Sentyabr 2015 09:30 (UTC+04:00)

Movqe.az-ın Axar.az-a istinadən məlumatına görə, bunu Avstraliya mətbuatına müsahibəsində Avstraliyanın Xarici İşlər naziri Culi Bişop söyləyib. Onun sözlərinə görə, Əsəd rejimi əslində Suriya dövlətinin qorunub saxlanılmasında yeganə qüvvədir:

"Bu, Əsədin daimi olaraq hakimiyyətdə qalması demək deyil. Əsəd müvəqqəti olaraq Suriya böhranının həllinə cəlb ediləcək".

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı yaradılmış koalisiya qüvvələri indiyə qədər Əsədin hakimiyyətdən getməsini tələb edirlər.