Türkiyədə daha bir zabiti şəhid olub

27 Sentyabr 2015 19:30 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Elazığ vilayətinin Tunceli rayonunun Çiçəkli və Dəmirqapı kəndində PKK qarşı keçirdiyi antiterror əməliyyatları zamanı ordu mayoru Yavuz Sonata Gözəl şəhid olub.


Movqe.az Anadolu agentliyinə istinadən məlumat verir. Terrorçularla atışmada ağır yaralanan S.Gözəl helikopterlə hərbi hospitala çatdırılsa da, onun həyatınə xilas etmək mümkün olmayıb.


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Yavuz Sonata Gözəlin şəhid olması ilə bağlı açıqlama verib.