PKK-lılar 9 yaşlı qızı öldürdü

28 Sentyabr 2015 10:08 (UTC+04:00)

Türkiyədə Diyarbəkir vilayətinin Bismil şəhərində PKK qrupunun üzvləri tərəfindən sakinlərin evi partladılıb. Bu barədə Movqe.az Milliyet qazetinə istinadən məlumat verir.


Polis avtomobilinə vurulan raket, yerli sakinlərin evinə dəyib. Nəticədə 9 yaşlı qız həyatını itirib, başqa 5 ailə üzvü yaralanıb


Qeyd edək ki, daha öncə vilayətdə komendant saatı eylan olunub. Buna səbəb Şırnakda öldürülən terrorçunun əslən Bismildən olmasıdır.