Metroda pul xırdalayan kassalar ləğv olundu

28 Sentyabr 2015 10:27 (UTC+04:00)

1 oktyabr 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız "Bakıkart"lardan istifadə etməklə mümkün olacaq.


Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərə müraciət ünvanlayıb.


Müraciətdə qeyd edilir:


-Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. 


Nəzərinizə çatdırırıq ki, "Bakıkart"ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, "Baku Bus" MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. 

Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz.


"Bakıkart"la yaranmış hər hansı problemlə bağlı "20 Yanvar", "Cəfər Cabbarlı", "N.Nərimanov" və "Neftçilər" stansiyalarında fəaliyyətdə olan "Kart analizi" mərkəzlərinə, *4343 telefon nömrəsinə və yawww.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.