İlhamə Quliyeva Moskvada universitetə daxil oldu

28 Sentyabr 2015 11:14 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında Rusiyada hüquqşünas ixtisası üzrə təhsil aldığını deyib: 


"Mən Moskva Dövlət Universitetində hüquqşünas təhsili alıram. Mənim atam da prokuror olub. Bu, mənim genimdə var. İndi zəmanə başqadır, savadlı adamlara ehtiyac yaranıb. Diplom alandan sonra məhkəmələrdə özümü müdafiə də edə bilərəm. Ancaq buna ehtiyac yoxdur. Camaatın bir vəkili olanda, mənim beş vəkilim var. Özü də, mən savadlıyam.Vəkillərimə özüm göstəriş verirəm ki, nəyi etmək lazımdır, nəyi yox ".