Bu gün AŞPA-nın sessiyası öz işinə başlayır

28 Sentyabr 2015 11:30 (UTC+04:00)

Movqe.az-ın AŞPA-nın saytına istinadən məlumatına görə, sessiyanın gündəliyində dayanan əsas məsələ Avropada miqrant böhranıdır.


Məlumatda qeyd olunur ki, sessiyada AŞPA-nın Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək. Bildirilir ki, sessiyanın gedişində həmçinin AŞPA-nın yeni Baş Katibi seçiləcək.


Sessiyanın işi oktyabrın 2-də yekunlaşdırılacaq.