Rusiya Azərbaycan sərhədində əməliyyatlara başladı

28 Sentyabr 2015 12:17 (UTC+04:00)

Rusiya Dağıstanın 5 rayonunda antiterror əməliyyatları rejimi elan edib.


Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Fövqəladə vəziyyətin elan edildiyi rayonlar Dağıstanın cənubunda yerləşir. Onların adları Kuraxsk, Maqaramketsk, Suleyman-Stalsk, Xivsk və Tabasaransk rayonlarıdır. Əməliyyatın keçirilməsinə əsas səbəb cənubdakı terror qruplarının neytrallaşdırılmasına nail olmaqdır.


Qeyd edək ki, Dağıstanın cənubunda yerləşən Kuraxsk və Tabasaransk rayonlarında azərbaycanlılar yaşayır.