Con Harkins: Azərbaycan özünün neft və qaz resursları ilə regionun birləşmə nöqtəsi olub

28 Sentyabr 2015 12:07 (UTC+04:00)

Azərbaycanın dünya enerji bazarında öz yeri var. Hazırda Azərbaycan özünün neft və qaz resursları ilə regionun birləşmə nöqtəsi olub.


Bu fikirləri Bakıda keçirilən 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsindəki çıxışında "Greenfields Petroleum" şirkətinin prezidenti Con Harkins deyib.


O bildirib ki, bu regionda olduqca böyük neft və qaz ehtiyatları var. Bu da yeni inkişaf üçün üstünlüklər yaradır. Dünya bazarında neftin qiymətinin iki dəfədən çox ucuzlaşmasına baxmayaraq bu sahədə yeni metodlar və texnologiyaların tətbiqinə üstünlük verilir.